İKT

Düyməli telefonlara tələbat ən azı 5 il saxlanılacaq
21 DEKABR 2018
93

Düyməli telefonlara tələbat ən azı 5 il saxlanılacaq

2018-12-21 11:16:00

“Counterpoint Technology Market Research”ün məlumatına görə, düyməli telefonlar bazarının həcmi artıq 4 rüb ardıcıl yüksəlir, halbuki smartfonlar seqmentində mənfi dinamika müşahidə olunur. Mütəxəssislər inkişaf etməkdə olan bazarlarda tendensiya və artım üçün mövcud imkanları nəzərə alaraq düyməli telefonlar sinfinə məxsus aparatlara ən azı 5 il ərzində tələbat olacağını proqnozlaşdırırlar.

“Dailycomm.ru” saytına istinadən, 2018-ci ilin üçüncü rübündə qlobal mobil telefonlar bazarında ucuz düyməli telefonların payı 23% təşkil edib. Bundan əvvəl mütəxəssislər bildiriblər ki, iyul-sentyabrda bu qurğuların tədarük həcmi illik hesablama üzrə 3% yüksələrək 112 milyona yaxınlaşıb.

Regional nöqteyi-nəzərdən düyməli telefonların satış həcmi üzrə liderlər üçlüyünə Yaxın Şərq və Afrika (MEA), Hindistan və Asiya ölkələri daxil olublar.

Bundan başqa, smartfonların geniş yayılmasına baxmayaraq, bir sıra istifadəçilər düyməli telefonların istifadəsinin asan olması və ucuz qiymətinə görə belə aparatlara üstünlük verirlər. Son zamanlar düyməli telefonlarda “4G” şəbəkəsi və “WhatsApp”, “Facebook” və “YouTube” kimi populyar mobil proqramlar dəstəklənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256