İKT

Elon Musk özünün ilk yeraltı tunelinin qiymətini açıqladı
21 DEKABR 2018
155

Elon Musk özünün ilk yeraltı tunelinin qiymətini açıqladı

2018-12-21 10:48:00

Fins.az-ın məlumatına görə, Elon Musk, Boring Company şirkətini Los Ancelesdəki yol tıxacları problemini aradan qaldırmaq üçün yaratdı və bu işə öz cibindən milyonlarla dollar vəsait xərcləməyə hazırdır. Vəsaitlər isə əsasən tunellərin inşası və onları təchizatla təmin olunmasına xərclənirlər. Gələcəkdə isə bu tunellər vasitəsilə 1 saat ərzində 100.000 sərnişin səyahət edə biləcək. Lakin indiki mərhələdə həmin tunellərdən yalnız Tesla elektromobillərinə sahib insanlar istifadə edə bilərlər. Bu ay Boring Company şirkəti avtomobillər üçün olan ilk yeraltı tunelin inşasını bitirdi, dünən isə Musk həmin tunelin açılışını etdi. Lakin şirkətin Loop adlı ilk tunel sistemi əvvəlki konseptlərdən tamamilə fərqlənir. Belə ki, Musk pilotsuz sərnişin kapsullarından və ağıllı nəqliyyat sistemlərindən imtina edib. Bu səbəbdən şirkət mühəndisləri daha rahat üsul ixtira ediblər. Belə ki, Tesla elektromobilləri xüsusi təkərlər vasitəsilə həmin tuneldə hərəkət edəcəklər. Sözügedən kiçik təkərlər elektromobilin aşağı hissəsinə bərkidilir və adi vaxtda onlar elektromobilin alt hissəsində yerləşirlər. Tunelə daxil olan zaman isə həmin təkərlər kənara çıxaraq tuneldə hərəkət etməyə imkan verirlər. Bu tunel sistemi bir növ metro tunelini xatırladır.Fərq ondan ibarətdir ki, Musk tərəfindən təqdim edilmiş tuneldə qatarlar deyil elektromobillər hərəkət edəcəklər. Onlar tuneldə saatda 240 km sürətlə hərəkət edə biləcəklər. Hazırki mərhələdə yeraltı tunel sistemi yalnız Tesla elektromobilləri üçün nəzərdə tutulub. Tesla elektromobilinə sahib insanlar ayrıca olaraq öz elektromobillərinə həmin kiçik təkərləri quraşdıra bilərlər. Bunun qiyməti 200-300$ təşkil edəcək. Lakin müəyyən müddətdən sonra tuneldən istifadə etmək üçün elektromobil almağa ehtiyac qalmayacaq. Belə ki, Musk bu mövzuda elektromobilləri icarəyə verməyi planlaşdırır. Həmin elektromobillər tunelə enməyə imkan verən xüsusi liftin ərazisində yerləşəcəklər. Musk-ın sözlərinə əsasən Loop nəqliyyat sistemindən istənilən elektromobil modeli istifadə edə bilər. Bura həmçinin elektrikli kiçik avtobuslar da daxildir. Onun hesablamalarına əsasən sözügedən tunellər sistemində 1 saat ərzində 4000 ədəd elektromobil hərəkət edə biləcək. Əgər sözügedən nəqliyyat sisteminə bir qədər böyük avtobuslar buraxılsa, 1 saat ərzində Loop sistemində 100.000 insan istifadə edə bilər. Bununla belə Boring Company şirkətinin əsas məqsədlərindn biri də tunellərin inşasına xərclənən vəsaitlərin aşağı salınmasıdır. Musk bildirib ki, 1.8 km uzunluqlu tunelin inşası şirkətə 10 milyon dollara başa gəlib. Tunel inşasında külli miqdarda vəsaitin qənaətini qiymətləndirmək üçün Musk ABŞ-da tunellərin inşası ilə bağlı CityLab saytının məqaləsini təqdim edib. Beləliklə həmin məqalədən məlum olub ki, ABŞ-da yeraltı nəqliyyat sisteminin yaradılması Avropadan daha baha başa gəlir. Məsələn uzunluğu 1.6 km olan bir Nyu York metropoliten xəttinin inşa edilməsinə 2.6 milyard dollar vəsait xərclənib. Avropada və Yaponiyada 1.6 km uzunluqlu yeraltı metro xətlərinin inşa edilməsinə 100 milyon dollar vəsait xərclənir. Bu məsələdə maksimal sərhəd 1 milyard dollar təşkil edir. 1.6 km uzunluqlu metro xətlərinin maya dəyəri adətən 200-500 milyon dollar təşkil edir. Ümumilikdə Boring Comany öz layihələrinə 40 milyon dollar vəsait xərcləyib. Musk bildirib ki, o özü bu cür vəsaiti təqdim edib. Lakin sonradan şirkət qeyd edib ki, onun digər investorları da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264