İKT

Apple-ın iPad Pro 2018 məhsulu narazılığına səbəb olub
20 DEKABR 2018
150

Apple-ın iPad Pro 2018 məhsulu narazılığına səbəb olub

2018-12-20 17:30:00

Fins.az-ın məlumatına görə,  iPad Pro 2018 modelinin satışa çıxmasından sonra istifadəçilər şikayət etməyə başladılar ki, onlar bir qədər əyilmiş gövdəyə sahib cihazlar əldə ediblər. İndi isə şirkət bildirib ki, bəzi cihazlar həqiqətən də bir qədər əyilmiş gövdəyə sahibdirlər. Bu barədə The Verge saytı xəbər verib. Lakin şirkət onu istehsal qüsuru hesab etmir. Appleşirkəti bunu istehsalat prosesinin əks effekti adlandırır və bildirir ki, bu özəllik iPad Pro 2018-in texniki performansına təsir etmir.The Verge həmçinin onu da qeyd edib ki, o, cüzi əyilmiş gövdəyə sahib planşetlərdən birini Apple şirkətinə təqdim edib. Şirkətin mühəndisləri isə həmin problemi tədqiq etməli idilər. Beləliklə hesabata əsasən sözügedən problem LTE dəstəkli iPad Pro 2018-də daha çox nəzərə çarpır. Bu isə cihazdakı metal hissəni 2 yerə ayıran anten zolağı səbəbilə baş verir. Məhz həmin hissədə istifadəçilər gövdə əyilməsini hiss edirlər. Apple şirkətinin yeni iPad modellərinin gövdələrinin bir qədər əyilmiş formada olmalarını istehsal qüsuru hesab etməməsi istifadəçilərin qəzəbinə səbəb ola bilər. Belə ki, yeni iPad Pro modelinin qyməti 800$-dan başlayır.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256