İKT

Azərbaycan nə qədər kondisioner idxal edib?
20 DEKABR 2018
114

Azərbaycan nə qədər kondisioner idxal edib?

2018-12-20 14:53:00

Fins.az-ın məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,9% - 123,5 min ədədə qədər artıb.Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki,“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $31 mln. 671,4 min məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 43,4%)”, - deyə məlumatda bildirilir. Yanvar-oktyabr aylarında Azərbaycana $54 mln. 125,8 min (azalma 3,2%) dəyərində 323 min ədəd (artım 14%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bununla yanaşı, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 11% - 135 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $25 mln. 672,3 min (artım 25,9%) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256