İKT

Kompüter proqramına elektron qaydada nəzarət markası veriləcək
20 DEKABR 2018
125

Kompüter proqramına elektron qaydada nəzarət markası veriləcək

2018-12-20 11:39:00
Əqli Mülkiyyət Agentliyi təqdim edəcəyi elektron xidmət növləri müəyyənləşib. 
 
Fins.az-ın məlumatına görə, əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi, lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı, ixtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu, apellyasiya şurasına etirazın (ərizənin) verilməsi və audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməsi elektron qaydada həyata keçiriləcək. 
 
Bununla bərabər, bundan əvvəl Müəllif Hüquqları Agentliyinin həyata keçirdiyi enlektron xidmətlər də Əqli Mülkiyyə Agenliyi tərəfindən həyata keçiriləcək. Bu sıraya müəlliflik hüququ obyektinin, əlaqəli hüquqlar obyektinin, müəlliflik hüququ ilə qorunan məlumat toplularının, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının, inteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu daxildir.
© Bakipost
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264