İKT

Xiaomi şirkəti Redmi seriasının növbəti smartfonunu təqdim edəcək
20 DEKABR 2018
92

Xiaomi şirkəti Redmi seriasının növbəti smartfonunu təqdim edəcək

2018-12-20 09:55:00

Fins.az-ın məlumatına görə, Xiaomi şirkəti 2016-cı ildə satışa çıxartmış olduğu Redmi Pro smartfon modelinin yaxın zamanda davamçısını təqdim edə bilər. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində Redmi Pro 2-nin təqdimatına aid poster fotosu paylaşılıb. Həmin posterdə verilmiş məlumata əsasən Redmi Pro 2 smartfonu Qualcomm-un 8 nüvəli Snapdragon 675 prosessoru ilə təchiz olunacaq.Qeyd etmək lazımdır ki, sözügedən prosessor 11 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 2 GHz tezlikdə çalışan iki güclü nüvəni və 1.7 GHz tezlikdə çalışan 6 adi nüvəni birləşdirir. Prosessorun qrafik göstəricilərindən isə Adreno 612 çipi cavabdehdir. Məlumata əsasən bu çipin qrafik performansı əvvəlki modelin qrafik performansından 30% yüksəkdir.Heç istisna deyil ki, Redmi Pro 2 smartfonu 48 MP-lik arxa kamera ilə də təchiz oluna bilər. Belə ki, bir neçə müddət bundan öncə şirkətin prezidenti məhz 48 MP-lik arxa kameraya sahib smartfonun yaxın zamanda təqdimatına işarə edirdi. Ola bilər ki, söhbət məhz Redmi Pro 2-dən getsin.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256