İKT

Facebook-dan istifadəçisilərin şəxsi mesajlarının oxunması ilə bağlı açıqlama
19 DEKABR 2018
187

Facebook-dan istifadəçisilərin şəxsi mesajlarının oxunması ilə bağlı açıqlama

2018-12-19 21:40:00

Facebook” şirkəti istifadəçilərinin şəxsi məlumatlarını iri texnologiya şirkətlərinə açıqladığını təsdiq edib. Şirkətin “Twitter”dəki səhifəsində dərc edilən məlumata əsasən, istifadəçilər buna razılıq veriblər. “Heç bir funksiya Federal Ticarət Komissiya ilə 2012-ci il razılaşmamızı pozaraq istifadəçilərimizin icazəsi olmadan məlumatları şirkətlərə açıqlamayıb”, - deyə “Facebook”dan bildiriblər. Açıqlamaya əsasən, məsələn, “Spotify” şirkəti yalnız istifadəçilər servisə “Facebook” qeydiyyatı ilə daxil olduqları halda, onların məlumatını oxuya bilib. Bu, istifadəçilərə musiqili əlavəni tərk etmədən mesaj almaq və göndərmək imkanı verib. Bununla yanaşı, “Facebook” tərəfdaşlarının sosial şəbəkə vasitəsilə şəxsi məlumatlara çıxmağına daha sərt nəzarət etməyin vacibliyini etiraf edib. Hazırda bir sıra ortaqlıqlara xitam verməyə başladıqları da qeyd olunub. Bundan əvvəl “The New York Times” daxili sənədlərə və şirkət əməkdaşları ilə söhbətlərə istinadən şəbəkənin illər ərzində istifadəçilərin şəxsi məlumatlarını texnologiya şirkətlərinin üzünə açdığını bildirmişdi. Belə ki, “Microsoft” şirkətinin “Bing” axtarış sistemində az qala bütün istifadəçilərin dostlarının adlarının göstərildiyi, “Netflix” və “Spotify” şirkətlərinə şəxsi mesajları oxumaq üçün şərait yaradıldığı, “Amazon” şirkətinin dostlar vasitəsilə istifadəçilərin adları və kontaktlarını oxuya bildiyi qeyd olunurdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257