İKT

“LG” şirkətinin rulon kimi bükülən televizoru təqdim ediləcək
19 DEKABR 2018
136

“LG” şirkətinin rulon kimi bükülən televizoru təqdim ediləcək

2018-12-19 16:25:00

“LG” şirkəti dünyada ilk elastik televizorun satışına hazırlaşır. Rulon kimi bükülə bilən 65 düymlük OLED panelə malik qurğunun təqdimatı gələn il üçün nəzərdə tutulub. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri məlumat verib.

Fins.az ICTnews-a ostonadən bildirir ki, Cənubi Koreya şirkəti bükülən televizor prototipini cari ilin yanvarında “CES 2018” sərgisində nümayiş etdirib.

“LG” şirkətinin rulon kimi bükülən televizorunun istehlak modeli 2019-cu ilin yanvarında keçiriləcək “CES” sərgisində nümayiş etdirilə bilər. “Engadget” saytı və bloqer Evan Blasın (@evleaks) məlumatına görə, sözügedən tədbirdə, həmçinin “LG” şirkətinin ilk bükülən smartfonu təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256