İKT

Apple məhkəmədə uduzsa da bu gün İOS-un vacib yenilənməsini təqdim edəcək
18 DEKABR 2018
270

Apple məhkəmədə uduzsa da bu gün İOS-un vacib yenilənməsini təqdim edəcək

2018-12-18 21:35:00

Fins.az-ın məlumatına görə bu gün Qualcomm şirkəti bildirib ki, iOS 12.1.2 əməliyyat sisteminin çıxmasına baxmayaraq Apple şirkəti məhkəmənin təyin etdiyi qadağanı pozur. Qeyd edək ki, 10 dekabr tarixində Çin məhkəməsi Qualcomm şirkətinin lehinə qərar çıxardaraq ölkə ərazisində müəyyən iPhone modellərinin satışına qadağa qoymuşdu. Lakin Apple şirkəti bildirmişdi ki, ölkə ərazisində bütün iPhone modelləri satılmağa davam edəcək. Daha sonra şirkət bildirmişdi ki, o, Qualcomm şirkətinin patent hüquqlarını pozmayan iOS əməliyyat sistemi yenilənməsini təqdim edəcək. Bu gün isə Apple şirkəti xəbər verib ki, iOS 12.1.2 əməliyyat sistemi həqiqətən də bu dəyişiklikləri dəstəkləyir. Qualcomm şirkətinin təmsilçiləri isə öz növbələrində qeyd ediblər ki, bugünki iOS yenilənməsinin çıxmasına baxmayaraq Apple şirkəti məhkəmə tərəfindən təyin olunmuş qadağanı pozur. Şirkət hesab edir ki, Apple lazımi icazəni əldə etmədən Çin ərazisində iPhone modellərinin satışını davam etdirərək məhkəmə qadağasını pozur. “Bu əmrin mənasının kiçildilməsi üçün Apple şirkətinin etdiyi səylərə baxmayaraq heç şübhəsiz şirkət məhkəmə qadağalarını pozaraq hüquq sistemini inkar edir. Məhkəmə qərarından sonra Apple şirkətinin bəyanatları istifadəçiləri yanlış fikirlərə yönləndirmək üçün bilərəkdən edilmiş bir addımdır” – deyə Qualcomm şirkətinin baş hüquqşünası bildirib. Qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən təyin edilmiş qadağanın təfərrüatları məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272