İKT

“HTC” şirkəti “Desire 12s” smartfonunu təqdim edib
18 DEKABR 2018
182

“HTC” şirkəti “Desire 12s” smartfonunu təqdim edib

2018-12-18 16:48:00

Tayvanın “HTC” şirkəti “Desire” smartfon xəttinə “Desire 12s” modelini əlavə edib.
Fins.az xəbər verir ki, aparat 1440x720 piksel təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS ekran, 1,4 QHs-dək takt tezliyində işləyən 8 hesablama nüvəsinə malik “Qualcomm Snapdragon 435” prosessoru və “Adreno 505” qrafik bloku ilə təchiz edilib.
Versiyadan asılı olaraq əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3/4 və 32/64 qiqabayt təşkil edir. “MicroSD” formatlı daşıyıcıların qoşulması dəstəklənir.
Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir, LED işıqlandırıcıya, faza avtofokusuna və f/2.2 diafraqmasına malikdir. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir (f/2.4).
Həmçinin smartfon barmaq izləri skaneri, “4G LTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.2”, “GPS”, “QLONASS” və “NFC” simsiz kommunikasiya texnologiyalarına malikdir, akkumulyator batareyasının tutumu isə 3075 milliamper/saat təşkil edir. Aparat “HTC Sense UI” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
“HTC Desire 12s” smartfonu qara, gümüşü və qırmızı rəngli korpuslarda satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264