İKT

Rusiya ilə Azərbaycan arasında rominq qiymətləri azaldıldı
09 DEKABR
220

Rusiya ilə Azərbaycan arasında rominq qiymətləri azaldıldı

2018-12-09 00:25:00

Fins.az-ın məlumatına görə, Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər iki ölkənin operatorları arasında rouminq tariflərinin aşağı salınması barədə razılıq əldə olunub. Bunu Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovun sözlərinə görə, bu istiqamətdə ikitərəfli əməkdaşlıq səviyyəsində işlər aparılır: "Biz Azərbaycanla sıx şəkildə işləyirik və operatorların qarşısına ikitərəfli razılaşma ilə bağlı məsələ qoymuşuq. Bakıya səfərim çərçivəsində (Bakutel 2018 sərgisində iştirak etmək üçün) bu məsələ ilə bağlı fəal danışıqlar aparıldı. Mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması, hər iki ölkənin mobil operatorlarının birgə koordinasiyalı fəaliyyəti və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Mən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə rouminq tariflərinin aşağı salınması istiqamətində müzakirələr apardım və nazirə bunu tez bir zamanda reallaşması ilə bağlı hər iki tərəfin səy göstərməli olduğunu bildirdim. İnanıram ki, hər iki ölkənin vətəndaşlarına danışıq tariflərindən ucuz və sərfəli şəkildə yararlanmaq imkanı nəsib olacaq". Qeyd edək ki, hazırda Rusiyada olan Azərbaycan mobil operatorlarının müştəriləri üçün danışıq tarifi Federasiyanın regionlarından asılı olaraq gedən zənglər üçün bir dəqiqəyə görə 0,99-4,99 AZN, gələn zənglərin bir dəqiqəsi isə 0.39-0.99 AZN arasında dəyişir. Öz növbəsində Azərbaycanda olan rus mobil operatorlarının müştəriləri üçün gedən zəngin bir dəqiqəsi 25-85 rubl (0.63-2.16 AZN, gələn zənglərin bir dəqiqəsi isə 25 rubla (0.63 AZN) qədərdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256