İKT

Amazon-un robotu 24 əməkdaşı xəstəxanalıq edib
07 DEKABR
94

Amazon-un robotu 24 əməkdaşı xəstəxanalıq edib

2018-12-07 15:53:00

Amerikanın e-ticarət nəhəngi Amazon-un, Nyu Cersi ştatındakı bazasında süni zəkalı bir robotun səhvən   spreyi qırması nəticəsində 24 işçi xəstəxanaya aparılıb. 

Amerika mətbuatında yer alan xəbərlərə görə, Amazon-un,Nyu-Cersi ştatında yerləşən anbarında istifadə edilən bir süni intellektli robot, ayı uzaqlaşdırmaq üçün istifadə edilən spreyi səhvən sındırıb.

Fins.az xəbər verir ki, sınan spreydən çıxan qazdan əziyyət çəkən işçilərdən 30-u hadisə yerində müalicə edilib, 24-ü isə xəstəxanalara aparılıb.

Xəstəxanaya aparılmış işçilərdən birinin vəziyyətinin ağır olduğu iddia edilib.

Amazon məsələ ilə bağlı yaydığı açıqlamada, "Bir spreyin qırılması nəticəsində yaranan qazdan əziyyət çəkən və xəstəxanaya aparılan işçilərimizin hamısının 24 saat ərzində evlərinə buraxılacağı gözlənilir. İşçilərimizin təhlükəsizliyi hər zaman əsas prioritetimiz olub. Mövzu ilə bağlı əhatəli bir istintaq başlayıb",- ifadələrinə yer verilib.

2016-cı ilin məlumatlarına görə, Amazon-un yüksək robot texnologiyasının istifadə edildiyi 20 məhsul ayırma və 125 sifariş hazırlama mərkəzi mövcuddur. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256