İKT

Bu il: “Azercell Telekom” MMC
07 DEKABR
132

Bu il: “Azercell Telekom” MMC

2018-12-07 14:54:00

Fins.az  “Azercell Telekom” MMC-nin 2018-ci il üçün hesabatını təqdim edir. 2018-ci il ərzində ölkədə müşahidə edilən markoiqtisadi sabitlik, eləcə də  “Azercell Telekom” MMC-nin uğurlu biznes strategiyası sayəsində lider mobil operatorun bütün fəaliyyət istiqamətlərində yüksəliş müşahidə edilir.

Ümumi göstəricilər:

2018-ci ilin 3-cü rübünün sonuna olan nəticələrə əsasən Azercell-in bazar payında 1% yüksəliş qeydə alınıb və hazırda bu göstərici 49% təşkil edir:

 

  •          2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azercell Telekom dövlət büdcəsinə 57.2 milyon Azərbaycan manatı həcmində vəsait ödəyib. 
  •          Şirkət fəaliyyət göstərdiyi 1996-2018-ci illər ərzində isə 1 milyard 695 milyon AZN həcmində vergi ödənişləri həyata keçirib.  
  •          2018-ci ilin üç rübü ərzində Azercell-in ölkənin telekommunikasiya sektoruna yatırdığı vəsait 52 milyon 540 min AZN təşkil etmişdir.
  •          Fəaliyyətinin iyirmi iki ili ərzində isə Azercell-in investisiya həcmi 2 milyard 547 milyon 764 min manatı ötüb keçmişdir.

 

Azercell mobil internet xidmətlərindən istifadə edənlərin sayı 13%, Azercell 4G şəbəkəsi üzərindən yükləmə sürəti 18%, endirmə sürəti isə 42% artmışdır. Bunun sayəsində, 2018-ci ilin doqquz ayı ərzində Azercell-in data xidmətlərindən gələn gəlir ötən illə müqayisədə 25% çoxalmışdır.

Abünəçilər üçün sürətli mobil internet xidmətlərndən istifadəni daha əlçatan etmək məqsədilə Azercell Telekom 2018-ci il ərzində bir neçə innovativ layihələ və texniki təkmilləşdirmə işlərinə start vermişdir. Bununla yanaşı, müştərilərin xarici səfərlər zamanı rominqdə olarkən kəsintisiz və əlverişli mobil internet xidmətlərilə təmin etmək və əlavə xrəclərdən qorumaq üçün Azercell Telekom 2018-ci ilin yay aylarından etibarən 1GB = 19.90 AZN rominq internet paketini istifadəyə verdi. Artıq bu xidmət dünyanın44 ən çox səfər olunan ölkəsində aktivdir.

Xidmət keyfiyyəti:
Azercell Telekom-un strateji hədəflərinə uyğun olaraq, şirkətin radio şəbəkəsi gücləndiyi kimi, xidmət səviyyəsi və servis şəbəkəsi də dayanmadan mükəmməlləşdirilir. Cari il ərzində ölkə paytaxtı və regionlarda açılan Azercell-in Eksklüziv mağazalarının sayı 20-yə çatdı. Yeni konsepsiyada fəaliyyətə başlayan və özündə satış və müştəri xidmətlərini biləşdirən bu mağazalar abunəçiləri rahat servis və geniş seçim imkanları ilə təmin edərək onların tam rabitə ehtiyaclarının ödənilməsinə istiqamətlənib.

Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən “Azercell Telekom” MMC bu sahədə daim öz işini monitorinq edir və təkmilləşdirir. Azercell-in Abunəçi Loyallığı İndeksi (NPS) üzrə göstəriciləri 78%-ə bərabərdir ki, bu da ölkə üzrə ən yaxşı, dünya təcrübəsinə görə isə çox yüksək göstəricidir.  Şirkət tərəfindən mütəmadi olaraq keçirilən müştəri məmnuniyyəti sorğusunun 2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93%-i Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib. Operativlik və yüksək keyfiyyətli xidmət Online Müştəri Xidmətləri və Sosial Şəbəkələr üzərindən çalışan təmsilçilərin də iş prinsipində özünü göstərib. Facebook sosial şəbəkəsində abunəçilər tərəfindən Azercell əməkdaşlarına yönələn sorğuların 100%-i cavablandırılıb. Məhz bu müsbət göstəriciyə görə 2018-ci ilin birinci rübündə Azercell beynəlxalq “Socialbakers” şirkəti tərəfindən “Socially Devoted” sertifikatına növbəti dəfə layiq görülüb. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, yerli mobil operatorlar arasında yenidən ən yüksək nəticə nümayiş etdirib.

 

Sosial Məsuliyyət və İKT-nin inkişafına dəstək:

Korporativ Sosial Məsuliyyət cəmiyyətdə dayanıqlı inkişafı təmin edən istiqamətlərdən biri olaraq Azercell şirkətinin biznes siyasətinin ayrılmaz hissəsidir. Azercell-in Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası yeni texnologiyalar və rəqəmsal bağlılıq sayəsində insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin artırılmasına xidmət edir. Bu sahədə şirkətin həyata keçirdiyi uğurlu layihələrdən biri Kiber təhlükəsizlik və azyaşlıların internetdən təhlükəsiz istifadəsini təbliğ edən “Təhlükəsiz İnternet və Rəqəmsal vətəndaşlıq” adlı xüsusi təlimlərlə bağlıdır. Azercell-in təşəbbüsü ilə Bakıda və ölkənin müxtəlif regionlarında orta məktəblərdə təşkil olunan 3 mərhələli təlim proqramları şagird, müəllim və valideynlərin maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu layihənin uğurlu təqdimatı Təhsil nazirliyi, Ombudsman aparatı, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri, jurnalistlər və digər qonaqların iştirakı ilə baş tutdu. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azercell Telekom-un eksklüziv tərəfdaşlığı ilə baş tutan “Bakı Marafonu-2018” yarışı ölkənin ən yadda qalan hadisələrindən biri oldu. İdmanı, həmrəyliyi və sağlam həyat tərzini təbliğ edən bu yarış 18 minədək insanı öz ətrafına topladı.

Azercell 2009-cu ildə yaratdığı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti çərçivəsində Azərbaycanda sahibkarlıq ekosistemini inkişaf etdirmək, biznes sahəsində rəqəmsallaşma və innovatil həlləri artlırmaq niyyətinə yönəlik layihələrə dəstək verir. Bu baxımdan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkətinin təşkilatçılığı, Azercell Telekom-un tərəfdaşlığı ilə keçirilən “İdeyadan Biznesə” layihəsinin məqsədləri şirkətin prioritet KSM istiqamətlərindən biri ilə üst-üstə düşür. Belə ki, 2018-ci ilin may - oktyabr ayları ərzində keçirilən “İdeyadan Biznesə” layihəsi regionlarda startap komandaların inkişafına və biznes ideyaların reallaşdırılmasına istiqamətlənmişdi. Biznes-treninqlər, informativ sessiyalar, müsabiqələr və müxtəlif mövzulu təlimləri özündə cəmləşdirən proqram gənclər arasında maraqlı biznes ideyaların reallaşdırılmasına və sahibkarlığın inkişafına şərait yaratmaq üçün nəzərdə tutulmuşdu.   

Məktəbliləri erkən yaşlardan azad biznes düşüncəyə alışdırmaq və onların yay tətilini daha səmərəli və məhsuldar etmək üçün 2018-ci ildə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və PAŞA Bankın dəstəyi ilə “Barama Junior 2018 / Summer IT school for kids” layihəsi həyata keçirildi. Artıq üçüncü dəfə reallaşan bu layihə çərçivəsində məktəblilərə bir ay ərzində tamamilə pulsuz olaraq Python, Raspberry Pi və HTML kodlaşdırma proqramları tədris edildi.

 Bundan əlavə, “Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda Yaponiyanın Tsukuba şəhərində keçirilmiş “IOI 2018” Beynəlxalq İnformatika Olimpiadası üçün 4 nəfər məktəblidən ibarət milli komandanın hazırlığına dəstək oldu. Qeyd edək ki, bu il Azərbaycan “IOI 2019” tədbirinə ev sahibliyi edəcək.

Müasir cəmiyyətin yeni inkişaf mərhələsinə körpü olan sürətli mobil internet, əşyaların interenti, rəqəmsal bağlılıq anlayışlar, müxtəlif texnoloji yeniliklərin Azərbaycan istifadəçisi üçün mümkün edilməsi Azercell-in öz qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Ölkənin aparıcı mobil operatoru və ən dinamik sektorun təmsilçisi kimi Azercell Telekom bundan sonrakı fəaliyyətində nəinki mobil telekommunikasiya xidmətləri vasitəsilə müştərilərini məmnun salmağa, həmçinin ən son innovativ həllərin tətbiqi sayəsində insan həyatının keyfiyyətini artırmağa,  gündəlik işin rahatlığını təmin etmək üçün yeni vasitələr yaratmağa fokuslanır. 

Müəllif:Aynur Qəniyeva  

 

Eləcə də bax: Bu il:Azərbaycan İnternet Forumu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255