İKT

WhatsApp-dan yeni xəbər
07 DEKABR
106

WhatsApp-dan yeni xəbər

2018-12-07 11:29:00

WhatsApp-dan gələn yaxşı xəbər : məşhur messencer artıq tabletlərdə də var. Bu xidmət hal-hazırda test rejimində mövcuddur və yalnız SIM kart mövcud olduğu zaman fəaliyyət göstərir.

Fins.az xəbər verir ki,bu haqda WABetal Info-nun nəşri yazır. WhatsApp-ı tablet üzərində necə quraşdırmaq olar və yeni xidmətdən necə yararlana bilərik?

Tabletinizdə WhatsApp-ı quraşdırmaq üçün Google Play mağazasına keçin və proqramı yükləyin

Proqramı yüklədikdən sonra qeydiyyatdan keçin. Nəzərinizə salaq ki, tabletlərdə WhatsApp-ı Wi-Fi vasitəsi ilə açmaq mümkün deyil.

Yeri gəlmişkən, istifadəçilərin razı qaldıqları əvvəlki yenilik xüsusi QR kodundan istifadə edərək yeni kontakt əlavə etməyə imkan verən funksiya idi. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, insanların axtarışını asanlaşdırmalıdır.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255