İKT

"Huawei Nova 4" modeli bu tarixdə təqdim olunacaq
07 DEKABR
53

"Huawei Nova 4" modeli bu tarixdə təqdim olunacaq

2018-12-07 11:26:00

İnsayderlər "Huawei" şirkətinin yeni flaqman smartfonu olan Nova 4-ün fotolarını yayıb.

Fins.az xəbər verir ki, cihazın qiyməti 400 dollardan başlayacaq.

Fotolardan görmək olur ki, smartfon bənövşəyi-mavi qradient rəngə sahibdir. Smartfon genişformatlı ekran ilə təchiz olunacaq və smartfonun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq. Arxa paneldə isə üçlü arxa kamera, "LED" işıqlandırma sistemi, barmaq izi skanı texnologiyası və şirkət loqosu yerləşir. Cihaz 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Qeyd edək ki, smartfonun rəsmi təqdimatı 17 dekabr tarixində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255