İKT

Xiaomi cihazlar bazarında Apple şirkətini geridə qoydu – STATİSTİKA
06 DEKABR
189

Xiaomi cihazlar bazarında Apple şirkətini geridə qoydu – STATİSTİKA

2018-12-06 17:35:00

  IDC şirkətinin analitikləri 2018-ci ilin üçüncü rüb nəticələri üzrə daşınıla bilən cihazlar bazarının statistikalarını təqdim ediblər. Beləliklə statistikalara əsasən fitnes qolbaqların, ağıllı saatların və s. kimi cihazların ümumi istehsalı 32 milyon ədəd təşkil edib. Bu, keçən ilki göstəricidən 21.7% çoxdur. Deməli bu ilin iyul ayından sentyabr ayına kimi Xiaomi şirkəti 6.9 milyon ədəd cihaz reallaşdıraraq öz göstəricilərini 90.9% yaxşılaşdırıb. Bu bazardakı cihazlara olan tələbatın yüksəlməsi əsasən şirkətin yeni Mi Band 3 qolbağı sayəsində olub. Bu qolbağın satışları 10 milyonu keçib. Şirkət öz bazarını digər ölkələrdə genişləndirsə də onun əsas satış göstəriciləri Çin bazarının payına düşür.

    İkinci yerdə Apple şirkəti qərarlaşıb. Şirkət 4.2 milyon Apple Watch ağıllı saatı reallaşdırıb. Şirkətin yeni ağıllı saat modeli olan Watch 4 bazarın sadəcə 20%-ni təşkil edib. Lakin smart saatın sentyabr ayında satışa çıxmasını nəzərə alsaq bu çox yaxşı göstəricidir. Bu ilin üçüncü rübündə şirkətin bu sahə üzrə ən məşhur cihazı isə Apple Watch 3 olub. Beləliklə ağıllı saatlar bazarında şirkət öz liderliyini qoruyub saxlayır. Üçüncü yerdə Fitbitşirkəti qərarlaşıb. Onun satışları 3.5 milyon ədəd göstəricisinə düşüb. Yəni satışlar 3% geriləyib. Lakin Fitbit Versa adlı smart saat modeli sayəsində şirkət ikinci ən böyük smart saat istehsalçısına çevrilib və son illər ərzində ilk dəfə olaraq gəlir əldə etməyə başlayıb.

    Reytinq cədvəlindəki dördüncü yeri Huawei şirkəti tutub. O ümumilikdə 1.9 milyon ədəd cihaz reallaşdırıb. Şirkətin əsas bazarı Çin olaraq qalır. İlk beşlikdə isə sonuncu pillədə Samsung şirkəti qərarlaşıb. Şirkət ümumilikdə 1.8 milyon ədəd cihaz reallaşdırıb. Bu ilin avqust ayında təqdim olunmuş yeni Galaxy Watchmodelinə baxmayaraq satışların əsas hissəsi Gear S3 smart saatı ilə Gear Fit smart qolbağının üzərində düşüb. IDC şirkətinin mütəxəssisləri qeyd ediblər ki, Apple ilə Fitbit şirkətləri öz cihazlarının hazırlanmasında əsas diqqəti insan sağlamlığına istiqamətləndiriblər. Bu isə yaxın gələcəkdə satışların yüksəlməsi üçün perspektivli sahədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255