İKT

Yandex şirkəti çoxdan gözlənilən smartfon modelini təqdim edib
05 DEKABR
78

Yandex şirkəti çoxdan gözlənilən smartfon modelini təqdim edib

2018-12-05 16:56:00

Fins.az-ın məlumatına görə, məşhur Yandex şirkəti özünün smartfon modelini təqdim etdi. Əslində bu smartfon haqqında çoxdan bəri şayiələr gəzirdi. Şirkətin isə sadəcə olaraq smartfonu təqdim etməsi qalırdı. Beləliklə şirkət öz ilk smartfonunda əsas diqqəti özünün Alisa adlı səsli köməkçisinə ayırıb. Bu səsli köməkçi istənilən zaman ərzində istifadəçinin istənilən səsli əmrinə reaksiya verir. Sözügedən səsli köməkçini hətta hansısa tətbiqlərlə çalışan zaman və ya smartfon deaktiv rejimdə olan zaman da işə salmaq mümkündür.n Alisa həmçinin istifadəçinin vərdişlərini analiz edir və əldə olunmuş məlumatlara əsasən istifadəçiyə lazımi məlumatı təqdim edir. Məsələn səhər vaxtı Alisa istifadəçiyə şəhər yollarında olan tıxaclar barəsində məlumat verəcək, istifadəçi yolda olan zaman ona uyğun musiqilərə qulaq asmağı təklif edəcək, axşam isə növbəti gün ərzində olacaq hava şəraiti barəsində istifadəçini məlumatlandıracaq. Yandex Phone 2160x1080 piksel keyfiyyətli 5.65 inç ekran, 8 nüvəli Snapdragon 630 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 16 MP + 5 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və Quick Charge 3.0 sürətli enerji yığma texnologiyalı 3050 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256