İKT

Dünyada ilk genetik təkmilləşdirilmiş uşaqların yaradıcısı gözlənilmədən yoxa çıxıb
05 DEKABR
87

Dünyada ilk genetik təkmilləşdirilmiş uşaqların yaradıcısı gözlənilmədən yoxa çıxıb

2018-12-05 14:48:00

Fİns.az-ın məlumatına görə Çinli alim Jiankui He 2018-ci ilin ən böyük elmi sensassiyası olmağı bacardı. Lakin görünür, bu hadisə ilə bağlı məsələ tez bir zamanda yekunlaşmayacaq. Böyük ehtimal ilə həbs edilmiş alimin taleyindən Çində və bütün dünyada insan genlərinin redaktə edilməsi sahəsinin gələcəyi asılıdır. Qeyd edək ki, bir neçə müddət bundan öncə dünyada ilk dəfə genləri redaktə olunmuş əkiz uşaqların dünyaya gəlməsi xəbərini vermiş alim Jiankui He dünyanın ən çox müzakirə edilən şəxsinə çevrilməyi bacarıb. Bu sahəyə maraq göstərən insanlar onun bu işini tərifləyir, alimlər isə etik normaların pozulması barəsində alimi günahlandırırdılar.

    Jiaunki He həmçinin öz çinli həmkarları tərəfindən də böyük qınaq obyektinə çevrilib. Bu hadisədən sonra Çində insan embrionlarının genlərinin redaktə olunması müəyyən müddətlik qadağan edildi. Alimin özü isə heç gözlənilmədən yoxa çıxıb. Sonuncu dəfə alimi keçən həftə Honkonq-da keçirilmiş konfransda görüblər. İndi isə jurnalistlər və alimin yaxın həmkarları onun harda yerləşdiyi barəsində heç bir məlumata sahib deyillər.

    Keçən həftənin sonunda məlumat yayılmışdı ki, alimin çalışmış olduğu Elm və texnologiya üzrə Cənub Universitetinin prezidenti alimi geri çağırmağa məcbur edib və indi alim universitet daxilində bir növ ev dustağı kimi saxlanılır. Təhsil müəssisəsinin təmsilçiləri isə qeyd ediblər ki, alim haqqında heç bir məlumata sahib deyillər. Lakin çox güman ki, alim hal hazırda bu məsələ ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb və ev dustaqlığına göndərilib. Qeyd etmək lazımdır ki, hal hazırda aparılan istintaqın nəticələri nəinki alimin həyatına, həmçinin ümumilikdə CRISPR texnologiyasına da öz təsirini göstərəcək. Əgər nəticə etibarilə alim cəzalandırılsa, onun həmkarları gələcəkdə bu sahə üzrə öz müşahidələrini daha ehtiyyatla aparacaqlar.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: Çinli alimin genlərini dəyişdiyi əkizlərlə bağlı qalmaqal - insanlığı qorxudan təcrübə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255