İKT

Kənd məktəbləri peyk interneti ilə təmin ediləcək
05 DEKABR
71

Kənd məktəbləri peyk interneti ilə təmin ediləcək

2018-12-05 11:57:00

“Azerkosmos” ASC Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək. Bu barədə ASC-dən məlumat verilir.

"Azerkosmos" Azərbaycanın 600 ucqar kənd məktəbinin peyk interneti ilə təmin olunmasına dair perspektiv layihə hazırlayıb.

“Bu layihənin reallaşdırılması məqsədilə “Azerspace-2” peykinin tutumlarından istifadə olunacaq”, - “Azerkosmos”dan bildiriblər.

“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. “Azerspace-2” peykinin orbitdə istismar müddəti 20 il təşkil edəcək. Qiymətləndirmələrimizə əsasən, peykin istismarından kommersiya gəliri  400 mln. dollar təşkil edəcək Peykin kommersiya istifadəsinin başlanması 2019-cu ilin birinci rübündə planlaşdırılır.

“Azerspace-2” peyki Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq.

“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256