İKT

Məşhur mesenger fəaliyyətini dayandıracaq
05 DEKABR
97

Məşhur mesenger fəaliyyətini dayandıracaq

2018-12-05 11:36:00

ABŞ-ın “Google” şirkətində “Hangouts” messencerinin hazırlanmasına nəzarət edən Skott Conston “9to5Google” nəşrinə deyib ki, “Google” şirkəti adıçəkilən messencerin fəaliyyətini dayandırmağa hazırlaşır.
Conston qeyd edib ki, sözügedən xidmət tədricən bağlanacaq, istifadəçilər isə “Hangouts Chat” və ya “Hangouts Meet” xidmətlərinə daşınılacaq.
Fins.az xəbər verir ki, bundan başqa, “Google”un nümayəndəsi məlumat verib ki, “Hangouts” messencerinin bağlanması şirkətin bu xidmətin əsas funksiyalarının (videozənglər və çatlar) dəstəyindən imtina edəcəyi anlamına gəlmir.
“The Verge” portalının məlumatına görə, “Google” 2020-ci ilədək messencerin fəaliyyətini dayandıra bilər, bundan sonra “Hangouts” messenceri “G Suite” bulud platforması çərçivəsində korporativ messencer formatında inkişaf etdiriləcək.
2019-cu ildə “Google” şirkəti “Hangouts”da yeni istifadəçilərin qeydiyyat imkanını deaktiv edəcək, yalnız mövcud hesab sahibləri bu proqramdan istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256