İKT

Azərbaycan 3 ölkə ilə birgə konsorsium yaradacaq
04 DEKABR
67

Azərbaycan 3 ölkə ilə birgə konsorsium yaradacaq

2018-12-04 14:11:00

Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün konsorsium yaratmaq barədə razılığa gəlib. Fins.az xəbər verir ki, bu barədə "Bakutel-2018" sərgisi çərçivəsində keçirilən nazirlərin dördtərəfli görüşündə bildirilib. Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, yaradılacaq konsorsium peyk rabitəsi, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı və digər sahələri əhatə edəcək.

Nazir bildirib ki, Azərbaycan, Türkiyə, Rusiya və İran nazirlərinin dördtərəfli görüşü ilk dəfədir keçirilir və yaxın münasibətlərin formalaşması üçün Azərbaycan tərəfi bütün ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaratmağı təklif edib.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256