İKT

Azərbaycan tranzit informasiya magistralının yaradılması üzərində işləyir
04 DEKABR
68

Azərbaycan tranzit informasiya magistralının yaradılması üzərində işləyir

2018-12-04 12:30:00

Azərbaycanda İKT sahəsində potensialın artırılması, tranzit və regional informasiya magistralının yaradılması üzərində işlər davam edir. Fins.az xəbər verir ki, bunu 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransının açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Onun sözlərinə görə, ölkədə İnnovasiyalar Agentliyinin yaradılması İKT sahəsinin inkişaf tempini artıracaq. Nazir həmçinin ölkədə poçt və telekommunikasiya xidmətlərinin səviyyəsinin artırılması üzrə görülən işləri və “Şəbəkə” mərkəzlərinin yaradılmasını qeyd edib: “Poçt operatoru ənənəvi poçt xidmətlərinin göstərilməsi ilə yanaşı, maliyyə və bank xidmətləri də təklif edir. Bundan başqa, Azərbaycan poçtu elektron kommersiya sahəsində tranzit xidmətləri göstərir. İKT-nin geniş tətbiq olunması informasiyanın təhlükəsiz qorunmasını zəruri edir və bu məqsədlə ölkədə “Tier3” standartlarına cavab verən iri regional DATA mərkəzi yaradılıb”. 

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256