İKT

Bakıda daha bir beynəlxalq sərgi öz işinə başlayıb
04 DEKABR
65

Bakıda daha bir beynəlxalq sərgi öz işinə başlayıb

2018-12-04 11:42:00

Bu gün Bakıda informasiya texnologiyaları sərgisi öz işinə başlayıb. Fins.az xəbər verir ki, tədbiri giriş çıxışı ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, bu, artıq Bakıda keçirilən sayca 24-cü beynəlxalq sərgidir.

O deyib ki, “Bakutel” ən son texnologiyaların nümayiş etdirildiyi bir sərgidir: “Azərbaycan prezidenti İKT-nin son uğurlarının ölkəmizdə tətbiq edilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda ən yüksək təhlükəsizlik parametrlərinə malik regional data mərkəz fəaliyyət göstərir. “Azərpoçt” beynəlxalq poçt daşımaları sahəsində çalışır. Ən müasir texnologiyanın tətbiqi üçün bütün imkanlar var. Sərgi həm də son texnologiyaların Azərbaycanda tanınmasına, yerli bazarın inkişafına təkan verir”.

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256