İKT

Facebook-un yumşaq robotlar erası
03 DEKABR
88

Facebook-un yumşaq robotlar erası

2018-12-03 17:20:00

Fins.az Business Insider saytına istinadən xəbər verir ki, Facebook şirkəti əsl heyvanlar kimi hərəkət etməyi bacaracaq robotların necə yaradılması barəsində düşünür. Şirkət son 1 il ərzində yumşaq robototexnika sahəsində tədqiqatların aparılması üçün müxtəlif tədqiqatçıları işə cəlb edib. Yumşaq robototexnika sahəsi biologiyaya əsaslanır və onun əsas məqsədi sərt konstruksiyalara sahib olmayan robotların yaradılmasıdır. Elastik materiallardan istifadə edərək mühəndislər həşaratları xatırladan robotlar hazırlaya bilərlər. Həmin robotlar müxtəlif tərəflərə əyilərək adi robotların edə bilməyəcəkləri işləri görə bilərlər. Facebook şirkətinin bu sahə üzrə hansı layihədə iştirak etməsi hələki tam aydın deyil. Hal hazırda şirkətdə yumşaq robototexnika sahəsi üzrə 3 vakansiya mövcuddur. Şirkət biomühəndislik, maşınqayırma və robototexnika sahələrində təcrübəli mütəxəssisləri axtarır.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256