İKT

Obyektləri “gizlədən” yeni texnologiya
03 DEKABR
100

Obyektləri “gizlədən” yeni texnologiya

2018-12-03 15:39:00

İtaliyanın “UEX” qrupunun tədqiqatçılarının təqdim etdiyi yeni texnologiya xarici gizlətmə qatları əlavə olunmadan daxildən görünməzlik əldə etməyə nail olur. Bu yanaşma optikada yeni sərhədlər açır, əlaqələr və biomühəndislik sistemlərində çoxsaylı üstünlüklər əldə etməyə imkan verir.

Fins.az xəbər verir ki, tədqiqatçılar obyekti onun daxilinə nüfuz etməklə görünməz edə bilən materialların elektromaqnit xüsusiyyətini öyrəniblər. İxtiranın müəllifləri qeyd edir ki, onları bu işə ilhamlandıran Herbert Uelsin “Görünməz adam” romanıdır. Roman qəhrəmanının xüsusi inyeksiya etməklə görünməz olması tədqiqatçılarda yeni ideyanın yaranmasına səbəb olub.

Bu metodla kənar qurğulardan istifadə etmədən obyektin daxilən görünməzliyinə nail olmaq mümkündür. Görünməzlik spektri kifayət qədər geniş olmadığından hələ ki, metod yalnız kiçik ölçülü obyektlər üçün istifadə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256