İKT

Çinli alimin genlərini dəyişdiyi əkizlərlə bağlı qalmaqal - insanlığı qorxudan təcrübə
02 DEKABR
616

Çinli alimin genlərini dəyişdiyi əkizlərlə bağlı qalmaqal - insanlığı qorxudan təcrübə

2018-12-02 19:38:00

Fins.az-ın məlumatına görə alim Jiankui He-nin vasitəsilə DNT-ləri redaktə olunaraq dünyaya gəlmiş əkiz uşaqlar barəsində qalmaqal yeni mərhələyə keçid edib. Belə ki, Çin hökuməti insan genomunun redaktə olunması üzrə istənilən tədqiqatı ölkədə müəyyən müddətlik qadağan edib. Bu isə öz növbəsində çinli alimlərin nüfuzlarına və CRISPR texnologiyasının perspektivinə böyük zərbə vurur. Jiankui He insan embrionlarını redaktə edərək QİÇS xəstəliyinə yoluxmayan iki əkiz uşağın dünyaya gəlməsini xəbər verərək dünya cəmiyyətində böyük qalmaqala səbəb olub. Qeyd etmək lazımdır ki, sözügedən təcrübədə dünyaya gəlmiş əkiz uşaqların bioloji ataları QİÇS xəstəliyindən əziyyət çəkir. Lakin alimlər sözügedən əkiz uşaqları dünyaya gətirmiş qadının embrionunu redaktə edərək gələcəkdə uşaqların QİÇS xəstəliyinə yoluxmalarının qarşısını alıblar. Bundan öncə insan embrionlarının redaktə olunmasının qadağan olmadığı ölkələrdə və Çinin özündə təcrübə heç zaman uşaqların dünyaya gəlməsi ilə nəticələnmirdi. Təcrübələr isə laboratoriyalarda süni mayalanmış embrionlar üzərində aparılırdı. Lakin sözügedən halda dünyaya əkiz qız uşaqları gəlib. Onlar bəlkə də dünyada ilk insanlardır ki, genləri CRISPR texnologiyası vasitəsilə redaktə olunublar. Bu məsələ üzrə dünya cəmiyyətində yaranmış qalmaqalın iki tərəfi var. Birincisi bütün Çin elminin nüfuzunun aşağı düşmə təhlükəsi var. Belə ki, Jiankui He-nin həqiqətən də insan embrionlarını redaktə etməsi üzrə ciddi bir sübut yoxdur. Belə ki, bu təcrübə üzrə olan bütün nəticələr gizli saxlanılır və onlar heç bir elmi mənbədə paylaşılmayıb. İkincisi isə dünyanın hər bir yerindən qeyd olunur ki, Çin tibbi etika qanunlarını ciddi şəkildə pozub. Nəticədə iki idarə ilə bir dövlət təşkilatı birgə şəkildə ölkədə insan DNT-lərinin redaktə olunması üzrə təcrübələrin aparılmasını qadağan ediblər. Müəyyən müddətlik qadağa Səhiyyə nazirliyi, Elm və texnologiya nazirliyi və Çinin elm və texnologiya assosiasiyası tərəfindən təyin edilib. Bu məsələ üzrə aparılan istintaq əsasında məlum olub ki, Jiankui Je CRISPR texnologiyasnın klinik təcrübələri üçün rəsmi sorğu göndərmişdi. Lakin bütün bu təcrübənin aparıldığı xəstəxananın rəhbərliyi bildirib ki, onlar bu təcrübədən xəbərsiz olublar və xəstəxananın etik normalar üzrə komissiyası süni mayalanma zamanı CRISPR texnologiyasının istifadəsini alim ilə müzakirə etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256