İKT

Dronlar peyksiz də işləyəcək
30 NOYABR
67

Dronlar peyksiz də işləyəcək

2018-11-30 14:00:00

Amerika hərbçiləri GPS və radiosiqnalların ötürülməsindən istifadə etmədən pilotsuz uçan aparatlar sürüsünün idarə sistemini sınaqdan keçiriblər. Bu haqda "Space War" yazır.
 
Fins.az ICTnews-a istinadən bildirir ki, gələcəkdə hərbi əməliyyatlarda dronlardan tez-tez istifadə ediləcək: ancaq mövcud pilotsuz təyyarələr radiosiqnal və GPS sisteminin bloklanması şəraitində işləyə bilmir.
 
ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsi bu problemin həllini tapıb. Agentlik tərəfindən hazırlanmış sistemdə dronlar qrupu ümumi tapşırığı yerinə yetirir, amma əməliyyatları baza ilə deyil, başqa pilotsuz təyyarələrlə koordinasiya edir. Məsələn, avtonom işləyən pilotsuz uçan aparatlar bir-birinə təhlükə haqda xəbərdarlıq edə, ərazi haqda toplanmış informasiyanı paylaşa və hücum senarisini planlaşdıra bilərlər.
 
Sözügedən sistem Arizonada yerləşən poliqonda uğurla sınaqdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256