İKT

“Telekommunikasiya sahəsində tətbiq edilən tariflər” barədə beynəlxalq seminar keçirilib
29 NOYABR
86

“Telekommunikasiya sahəsində tətbiq edilən tariflər” barədə beynəlxalq seminar keçirilib

2018-11-29 13:35:00

Fins.az-ın məlumatına görə bu gündən Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərin iştirakı ilə“Telekommunikasiya sahəsində tətbiq olunan tariflər” mövzusunda ikigünlük seminar özişinə başlayıb. Avropa Komissiyasının dəstəyi ilə, Nəqliyyat, Rabitə və Yüksək TexnologiyalarNazirliyi tərəfindən təşkil olunan seminarda nazirliyin, eləcə də “Aztelekom”, “BakıTelefon Rabitəsi”, Dövlət Radiotezliklər İdarəsi, “Radio-Televiziya Yayımı və PeykRabitəsi” İstehsalat Birliyinin nümayəndələri iştirak edib. Nazirliyin Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynova genişməruzə ilə çıxış edib.G.Hüseynova bildirib ki, bir çox sahələrdə olduğu kimi, telekommunikasiyasahəsində də ölkəmiz Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Nəqliyyat, Rabitə və  Yüksək Texnologiyalar Nazirliyi TAİEX texniki yardım aləti çərçivəsində birgə bir sıratədbirlər həyata keçirir.“Ölkəmizdə telekommunikasiya sahəsində tətbiq edilən tariflər üzrəqanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, eləcə də mövcud tariflərinliberallaşdırılması istiqamətində Nazirliyin təqdim etdiyi layihə Avropa İttifaqıtərəfindən qəbul edilib. Bu seminar da həmin layihə çərçivəsində təşkil olunub”.Daha sonra G.Hüseynova informasiya-kommunikasiya sektorunda həyatakeçirilən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 –2020-ci illər üçün MilliStrategiya”da və eləcə də “Azərbaycan Respublikasında telekommunikasiya vəinformasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafıilə bağlı qarşıya ambisiyalı hədəflər qoyulub. “Bu gün ölkə əhalisinin 80 faizi internet, 72 faizi isə genişzolaqlı internetistifadəçisidir. Ölkənin coğrafi yerləşmə mövqeyindən, eləcə də relyefindən asılı olaraqəksər yaşayış məntəqələrində əhaliyə poçt və telekommunikasiya xidmətləriningöstərilməsi üçün geniş imkanlar yaradılıb. Paytaxtda və regionlarda telekommunikasiyaşəbəkəsində ən son texnologiyalar tətbiq edilməkdədir. 2010-cu ildən ölkə əhalisinin 100faizi mobil rabitə ilə təmin olunub. Eyni zamanda sektorda həyata keçirilən liberallaşmatədbirləri nəticəsində özəl sketorun payı son 15 ildə 67 faizdən 81 faizə yüksəlib.Respublikada internet xidmətlərinin daha geniş yayılması və inkişafına dəstək məqsədiilə 2000-ci ildən internet xidmətlərinin göstərilməsi üçün lisenziyalar ləğv edilib.Bundan başqa, 2016-cı ildən respublikada analoq televiziya yayımı tam dayandırılıb və10-12 kanaldan ibarət açıq paketlə rəqəmli televiziya yayımına keçid təmin edilib ”-deyə şöbə müdiri qeyd edib.Seminarda Avropa İttifaqı ölkələrindən (Latviya, Litva, Finlandiya, İtaliya)telekommunikasiya sahəsi üzrə ekspertləri müxtəlif mövzular üzrə məruzə ilə çıxışediblər.Tədbirdə Avropa İttifaqı ölkələrində tariflərin tənzimlənməsi, qanunvericilikdənəzərdə tutulan öhdəliklər, telekommunikasiya sahəsində xərc əsaslı tariflərin müəyyənedilməsi, sabit, mobil və pərakəndə xidmətlər üzrə tariflərin formalaşdırılması, bazardahökmran mövqe tutan (SMP) operatorların tariflərinin tənzimlənməsi və onlarınöhdəlikləri, yeni nəsil texnologiyalar üzrə (4G, LTE, WIMAX, GPON və s.) tariflərinmüəyyən edilməsi kimi vacib mövzularda fikir və təcrübə mübadiləsi aparılıb.

Müəllif:Aynur Qəniyeva

 

 

 

Eləcə də bax: ABŞ ilə Səudiyyə Ərəbistanı arasında daha bir rekord məbləğli saziş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256