İKT

NATO-nun Estoniyada kiber təhlükəsizlik tədbirləri
29 NOYABR
64

NATO-nun Estoniyada kiber təhlükəsizlik tədbirləri

2018-11-29 12:09:00

Fins.az-ın məlumatına görə, NATO Estoniyanın Tartu şəhərində "Kiberkoalisiya" adlı kibertəlimlər keçirir. Təlimlər "NATO ölkələrində kibermüdafiə üzrə mütəxəssislərin hazırlanması və onların NATO-nun şəbəkələrinin və ölkə şəbəkələrinin qorunması üzrə bacarıqlarının yoxlanılmasına yönəldilib. 11-ci dəfə keçirilən təlimlərdə NATO-nun üzv ölkələrindən, tərəfdaş ölkələrində, sənaye və elmi dairələrdən 700-ə yaxın insan iştirak edir. Təlimlərin məqsədləri NATO və üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi, alyansın kiberməkanının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və kiberməkanda hərbi əməliyyatlar keçirməkdən ibarətdir.

Bundan əlavə, təlimlər zamanı informasiya mübadiləsi və qərarların qəbul olunması prosedurlar yoxlanılacaq.

 

 

Eləcə də bax:http://fins.az/ikt/963628/google-un-virtual-realliqda-hereket-uchun-xususi-ayaqqabilari.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256