İKT

Google-un virtual reallıqda hərəkət üçün xüsusi ayaqqabıları
29 NOYABR
78

Google-un virtual reallıqda hərəkət üçün xüsusi ayaqqabıları

2018-11-29 11:50:00

Fins.az-ın məlumatına görə,Google şirkəti virtul reallıqda rahat hərəkət üçün xüsusi ayaqqabıların patentini əldə edib. Sözügedən ayaqqabılar haqqında patent sənədlərini ABŞ-ın ticarət nişanları və patentləri agentliyi öz saytında paylaşıb. Beləliklə Google tərtibatçıları virtual reallıqdan istifadə zamanı fiziki məkanda yaranan sərhədlər problemini xüsusi ayaqqabılar ilə həll etmək təklifini verir. Həmin ayaqqabıları virtual reallıq cihazına qoşmaq olar. Bundan əlavə olaraq ayaqqabılar avtonom şəkildə də çalışa bilərlər. Beləliklə ayaqqabılarda olan kiçik xüsusi mühərriklər vasitəsilə istifadəçi real dünyada yerində dayanacaq, lakin virtual reallıqda hərəkət edəcək. İstifadəçi öncədən təyin olunmuş məkan sərhədinə yaxınlaşan zaman ayaqqabı avtomatik olaraq onu əvvəlki zonaya aparacaq. Bu proses zamanı isə istifadəçi virtual dünyanın daxilində yerində duracaq. Google şirkətinin bu VR texnologiyasını hazırlayıb-hazırlamayacağı barəsində heç bir məlumat yoxdur. Birincisi Google Daydream adlı virtual reallıq platforması çox ləng şəkildə inkişaf edir. İkincisi isə bu layihə külli miqdarda investisiyaları tələb edə bilər.

Müəllif:Aynur Qəniyeva

 

Eləcə də bax:http://fins.az/ikt/963608/whatsapp-dan-istifadechileri-eseblesdirecek-yenilik.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255