İKT

Televiziya, radio, internet, mobil rabitə üzrə tariflər müzakirə edilib
29 NOYABR
112

Televiziya, radio, internet, mobil rabitə üzrə tariflər müzakirə edilib

2018-11-29 11:26:00

Bu gündən Bakıda Avropa İttifaqı (Aİ) ölkələrindən olan mütəxəssislərin iştirakı ilə "Telekommunikasiya sahəsində tətbiq olunan tariflər" mövzusunda ikigünlük seminar işə başlayıb.

Fins.az xəbər verir ki, seminarı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təşkil edib. 

Tədbirə qurumun, eləcə də "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lərin nümayəndəsi də qatılıb. 

NRYTN-nin maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynovabildirib ki, bir çox sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də Azərbaycan Aİ ilə əməkdaşlıq edir, TAİEX yardım aləti çərçivəsində birgə tədbirlər həyata keçirir. 

Qeyd edək ki, Azərbaycanda telekommunikasiya tarifləri üzrə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, eləcə də mövcud tariflərin liberallaşdırılması istiqamətində nazirliyin təqdim etdiyi layihəni Aİ qəbul edib. Bu seminar da həmin layihə çərçivəsində keçirilir. Tədbirdə Aİ ölkələrində tariflərin tənzimlənməsi, qanunvericilikdə nəzərdə tutulan öhdəliklər, telekommunikasiya sahəsində xərc əsaslı tariflərin müəyyən edilməsi, sabit, mobil və pərakəndə xidmətlər üzrə tariflərin formalaşdırılması, bazarda hökmran mövqeyə malik (SMP) operatorların fəaliyyətinin tənzimlənməsi və onların öhdəlikləri, yeni nəsil texnologiyalar üzrə (4G, LTE, WIMAX, GPON və s) tariflərin müəyyən edilməsi kimi vacib mövzularda fikir və təcrübə mübadiləsi aparılır. 

Eləcə də bax: “Facebook” -un ƏDV tətbiqi ilə bağlı qərarı

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255