İKT

"Xiaomi" ilk 2 ekranlı smartfonu ilə istifadəçilərinin qarşısına çıxacaq
28 NOYABR
125

"Xiaomi" ilk 2 ekranlı smartfonu ilə istifadəçilərinin qarşısına çıxacaq

2018-11-28 10:48:00

Insayderlərin verdiyi məlumatına görə "Xiaomi" şirkəti özünün ilk 2 ekranlı smartfonunu istehsal edəcək.

Fins.az  xəbər verir ki, mənbə hətta sözügedən smartfonun texniki göstəriciləri barəsində məlumatlar da sızdırıb.

Smartfon 2340x1080 piksel keyfiyyətli 6.5 düym "AMOLED" ekrana sahib olacaq. Onun ikinci ekranı isə arxa panelin aşağı hissəsində yerləşəcək və o, 2280x1080 piksel keyfiyyətli 4 düym olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8150 prosessoru, 6/8 GB RAM və 128/256/512 GB daxili yaddaş ilə təchiz olunacaq. Arxa panelin aşağı hissəsində yerləşəcək ekranın yuxarısında isə üç ədəd kamera (40 MP + 20 MP + 12 MP) yerləşəcək.

Qeyd edək ki, "Xiaomi" şirkətinin ilk iki ekranlı smartfonunun qiyməti, adı və təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.

Eləcə də bax:Microsoft, Apple şirkətini bazar kapitallaşma dəyərinə görə üstələdi

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255