İKT

2024-cü ildə planet əhalisinin 40%-i “5G” şəbəkəsindən istifadə edəcək
28 NOYABR
60

2024-cü ildə planet əhalisinin 40%-i “5G” şəbəkəsindən istifadə edəcək

2018-11-28 10:24:00

Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson”  şirkətinin proqnozuna görə, 2024-cü ildə dünyada beşinci nəsil (5G) şəbəkələrinə qoşulmaların sayı 1,5 milyarda yaxınlaşacaq və bu, planet əhalisinin 40%-ni əhatə edəcək.
 
Fins.az xəbər verir ki,  nümayəndəsi bildirib ki, Avropada “5G” şəbəkələrinin kommersiya istifadəsi 2019-cu ildə əlçatan olacaq. ABŞ-ın nəhəng operatorları artıq 2018-ci ildə belə xidmətləri təklif etməyə başlaya bilər. 2020-ci ildən etibarən isə sözügedən texnologiyanın qlobal tətbiqi gözlənilir.
 
“Ericsson” şirkətinin hesabatına əsasən, 2024-cü ilin sonunda dünyada mobil şəbəkələrə qoşulmaların sayı 8,9 milyard olacaq. Bildirək ki, 2018-ci ilin sonuna 5 milyard belə qoşulma gözlənilir.  Yeni mobil rabitə texnologiyası məlumatların ötürülmə sürətini yüksəldəcək.

Eləcə də bax: Çindəki kasıb və təhsilsiz insanlar necə iPhone işlədə bilirlər?

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255