İKT

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib.
27 NOYABR
82

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib.

2018-11-27 15:49:00

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu insanlar arasında futzal üzrə “Payız turniri”nə ənənəvi dəstəyini göstərib. 

22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişnövbəti “Payızturniri”ndəeşitməqüsurlu əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda (“Şimşək”, “Zirvə”, “Ümid”, “Azəri”, “Bakı”) öz gücünü sınayıb.

Eləcə də bax:"Google" Kaliforniyada 1 milyard dollara ofis binaları kompleksi alıb

Turnirin nəticəsində birinci yerə “Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq “Azəri” və “Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov ((“Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov (“Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim (“Şimşək”) olub.

Bakcell şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif  turnirlərinə dəstək göstərir. “Payız turniri”nin əsas məqsədi eşitməqüsurlu uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir. 

Bakcell özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255