İKT

"Google" rekord qiymətə ofis binaları kompleksi alıb
27 NOYABR
91

"Google" rekord qiymətə ofis binaları kompleksi alıb

2018-11-27 11:11:00

 Fins.az-ın məlumatına görə, "Google" korporasiyası Kaliforniya ştatının Mauntin Vyu şəhərində 1 milyard dollarlıq ofis binaları kompleksi alıb. Qəzet yazır ki, bu, cari ildə San-Fransisko və ətraf şəhərlərdə daşınmaz əmlak sahəsində ən böyük əməliyyatdır. "Google" şirkətinin nümayəndələri satınalma faktını təsdiqləyiblər. Nəşrin bildirdiyinə görə, söhbət 12 ofis binasından gedir, məkanın sahəsi, təxminən, 74 min kvadratmetrdir. Bu ofislərdə, təqribən, 5 min işçi yerləşdirilə bilər. Kompleks daha əvvəl "LinkedIn" sosial şəbəkəsinə aid olub.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" "Google" şirkətinin Nyu-Yorkdakı nümayəndəliyini genişləndirməyi planlaşdırdığını yazmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256