İKT

İlk çap edilmiş elektrik motosiklet təqdim olundu - VİDEO
27 NOYABR
95

İlk çap edilmiş elektrik motosiklet təqdim olundu - VİDEO

2018-11-27 10:07:00

Almaniyanın "BigRep" şirkəti üçölçülü printerdə çap edilən "Nera" adlı dünyanın ilk elektrik motosiklet prototipini təqdim edib.

Fins.az xəbər verir ki, şirkət nəzdində fəaliyyət göstərən "Nowlab" laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosikletin ölçüləri 190 x 90 x 55 santimetr təşkil edir.

Məlumata görə, elektronika istisna olmaqla motosiklet bütövlükdə "3D" çap üsulu vasitəsilə istehsal olunub: məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar.

Bu, dünyada "3D" printerdə çap edilən ilk elektrik motosiklet prototipi hesab edilir və hazırda onun seriyalı istehsalı barədə məlumat verilmir. 

İlk çap edilmiş elektrik motosiklet təqdim olundu
İlk çap edilmiş elektrik motosiklet təqdim olundu

©ICTnews

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256