İKT

Google Pixel 3 Lite smartfonunun yeni fotosu sızdırıldı
26 NOYABR
345

Google Pixel 3 Lite smartfonunun yeni fotosu sızdırıldı

2018-11-26 16:09:00

 Fins.az-ın məlumatına görə Google şirkəti Pixel 3 smartfonunun Lite versiyası üzərində çalışır və həmin model Sargo kod adına sahibdir. İndi isə VenyaGeskin1 adlı Twitter istifadəçisi sözügedən smartfon modelinin yeni fotosunu paylaşıb. Paylaşılmış fotoda Pixel 3 Lite modeli adi Pixel 3-ün yanında əks olunub. Beləliklə hər iki cihaz arasındakı müqayisədən də görmək olar ki, Pixel 3 Lite modeli ikili ön kamera ilə təchiz olunmayacaq. Lakin buna baxmayaraq smartfonun çərçivələri bir qədər geniş format əldə edib. Bununla yanaşı Lite versiyanın ekranı adi Pixel 3-dən bir qədər böyükdür. Bir sıra məlumatlara əsasən Pixel 3 Lite 18.5:9 nisbətli 5.56 inç ekranla təchiz olunacaq. Lite model adi Pixel 3-dən həmdə texnki göstəricilərə görə də fərqlənəcək. Məlumatlara əsasən Pixel 3 Lite Snapdragon 670prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 12 MP-lik arxa kamera və Quick Charge 4+ sürətli enerji yığma özəllikli 2915 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun qiymətinin 400-500$ olacağı güman edilir. Gözləntilərə əsasən Pixel 3 Lite modeli gələn ilin əvvəlində təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256