İKT

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq
26 NOYABR
138

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq

2018-11-26 15:51:00

 “Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.

Bunu “Report”a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.

O bildirib ki, televiziya kanalı artıq fəaliyyətə başlamağa tam olaraq hazırdır. 

Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256