İKT

Azərbaycanda Apple Pay və Samsung Pay ödəmə sistemlərinin istifadəyə veriləcəyi vaxt məlum oldu
22 NOYABR
249

Azərbaycanda Apple Pay və Samsung Pay ödəmə sistemlərinin istifadəyə veriləcəyi vaxt məlum oldu

2018-11-22 17:29:00

 Fins.az-ın məlumatına görə 2019-cu ildə Azərbaycanda Apple Pay və Samsung Pay ödəmə servisləri istifadəyə veriləcək. Bu barədə Trend.az saytına MasterCard-ın biznes və rəqəmsal ödəmələr departamentinin rəhbəri Hakan Tatlıcı bildirib. “Ümumilikdə növbəti il ərzində biz MasterPass kimi yeni rəqəmsal ödəmə texnologiyalarının istifadəyə verilməsinin şahidi olacağıq. Fiziki ödəmələrdə mobil telefonlar vasitəsilə kontaktsız ödəmələr istifadəyə veriləcək və həmçinin 2020-ci ilə kimi digər “ağıllı” ödəmələrin istifadəsi genişlənəcək” – deyə Hakan Tatlıcı bildirib.

    Onun sözlərinə əsasən bugün Azərbaycanda smartfonlardan istifadə 60%, internetdən istifadə isə 65% təşkil edir. “Bu o deməkdir ki, bazar artıq hazırdır. İnsanlar online ödənişlər etməyə və elektron ticarət servisləri vasitəsilə satışlar reallaşdırmağa hazırdırlar. Biz isə öz növbəmizdə Azərbaycanda rəqəmsal ödənişlərin payının artırılmasına çalışırıq” – deyə Hakan Tatlıcı əlavə edib.

    Qeyd etmək lazımdır ki, 2018-2020-ci illər üçün rəqəmsal ödənişlərin yayılması üzrə dövlət proqramı çərçivəsində qeyd olunub ki, 2021-ci ilə kimi ölkədə rəqəmsal ödənişlərin hər il hesablanma göstəriciləri təqribi olaraq 17 milyard manata çatacaq. Sözügedən proqramın reallaşdırılması ölkədə rəqəmsal ödənişlərin payının hər il 7% artmasına imkan verəcək. Proqrama əsasən ölkə iqtisadiyyatında reallaşdırılan tranzaksiyaların nağd pulla hesablanması payı 74%-dən 40%-ə düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255