İKT

"Facebook"un əməkdaşlarının şirkətlə bağlı mübahisəli mövqeyi
22 NOYABR
84

"Facebook"un əməkdaşlarının şirkətlə bağlı mübahisəli mövqeyi

2018-11-22 10:52:00

Fins.az-ın məlumatına görə "Facebook"un əməkdaşlarının yalnız 52%-i şirkətin perspektivləri ilə bağlı nikbin fikirdədir."Facebook Inc" şirkətinin son bir ildə qarşılaşdığı çətinliklər əməkdaşlara da mənfi təsir edir. Belə ki, təxminən, 29 min nəfərin qatıldığı son sorğunun yekununda respondentlərin yalnız 52%-inin "Facebook"un fəaliyyətinə dair nikbin olduğu müəyyən edilib. Hərçənd bir il əvvəl bu rəqəm 84% təşkil edirdi.

"Facebook"un dünyanı daha yaxşı etdiyini düşünənlərin faizi isə ötənilki 72%-dən 53%-ə düşüb.

Qeyd edək ki, "Facebook" əməkdaşlarının şirkətin missiyasına nə qədər inandığını, eləcə də onun müsbət qlobal təsirinə inanıb-inanmadığını qiymətləndirmək üçün ildə iki dəfə - apreldə və oktyabrda əməkdaşları arasında sorğu keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256