İKT

Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı
22 NOYABR
371

Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı

2018-11-22 10:33:00

Fins.az-ın məlumatına görə SamMobile adlı mənbə Galaxy S10 seriyası və əyilə bilən şərti adı  Galaxy F modeli barəsində yeni məlumatları verib. Mənbənin verdiyi məlumata əsasən yeni Galaxy S seriyası 3 variantda təqdim olunacaq və onlardan yalnız ikisi ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Belə ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə 5.8 inç ekrana sahib Galaxy S10 (SM-G973xmodel nömrəli) və 6.44 inç ekrana sahib Galaxy S10+ modeli (SM-G975x model nömrəli) təchiz olunacaq.Büdcəli Galaxy S10 Lite modelində isə barmaq izi skanı texnologiyası cihazın kənar hissəsində yerləşəcək. Bununla yanaşı Lite versiya yalnız adi OLED ekrana sahib olacaq. Yerdə qalan iki model isə əyilmiş Infinityekranla təchiz olunacaq. Hər 3 smartfon modeli qara, ağ, yaşıl və sarı rənglərdə satışa çıxacaq. Bundan əlavə olaraq yeni Galaxy S seriyası həmçinin qradient rənglərdə də satışa çıxa bilər. Əyilə bilən Galaxy F smartfonuna gəldikdə isə bu cihaz SM-F900U, SM-F900F və SM-F900N model nömrələri əldə edib. Məlumata əsasən əyilə bilən Galaxy F modelinin versiyaları öz aralarında müxtəlif ekran ölçüsü və ya texniki göstəricilər ilə fərqlənməyəcəklər. Sözügedən model nömrələri sadəcə olaraq müəyyən ölkələrin bazarları üçün nəzərdə tutulub. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy F 512 GB daxili yaddaş ilə təchiz olunacaq və boz, qara rənglərdə satışa çıxacaq. Gözləntilərə əsasən yeni Galaxy S seriyası və Galaxy F smartfonu gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində təqdim olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256