İKT

Bakcell “ASAN Məktub”dan təşəkkürnamə alıb
21 NOYABR
101

Bakcell “ASAN Məktub”dan təşəkkürnamə alıb

2018-11-21 16:53:00

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “ASAN Məktub” təşəbbüsündə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub.

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək vəcəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Noyabr ayının 21-də layihənin 3 yaşına həsr edilmiş xüsusi tədbir keçirilib. Tədbirdə bu təşəbbüsə öz dəstək göstərən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.

“Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti davamlı şəkildə “ASAN Məktub” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif edilib.

“Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi uşaqları sevindirmək və onların saf arzularını həyata keçirə bilmək bizim üçün bizə daha böyük imkan yaradıb”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsiwww.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən  gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256