İKT

Azərbaycanda ən çox oxunan saytlar - SİYAHI
21 NOYABR
277

Azərbaycanda ən çox oxunan saytlar - SİYAHI

2018-11-21 15:29:00

Yəqin ki, çoxları üçün maraqlı olar ki, Azərbaycanda ən çox oxunan saytlar və portallar hansılardı? Odur ki, Fins.az bu siyahını sizə təqdim edir.

Dünyanın bütün ölkələrinin vətəndaşlarının ən çox izlədiyi saytların siyahısının  təqdim olunduğu müxtəlif beynəlxalq reyting portalları var.Həmin portallarda yerli saytların reytinqi və digər məlumatlar əks olunur . Alexa.com veb resursunun təqdim etdiyi reyting cədvəlində Azərbaycanda Top 20 sayt arasında əsas üstünlük xarici saytların payına düşür. "Alexa.com" - un apardığı hesabatlara əsasən Azərbaycandan ən çox ziyarət edilən saytların ilk 5-liyi aşağıdakı şəkildədir.

  1. Youtube.com
  2. Google.az
  3. Google.com

4.Wikipedia.org

5.Google.ru

İlk 3-lükdə "Google" xidmətlərinin olması normaldır, hansı ki bu tendensiya bütün dünyada belədir. Nəzərə alsaq ki, facebook sosial şəbəkəsinə daxil olmaq üçün belə "facebook" sözünü  "Google"da axtarışa verən bir kütlə mövcuddur. Bütün interneti əlinə alan "Google" ilə rəqabət aparmaq çox çətindir. Siyahının davamına baxsaq:

  1. Mail.ru
  2. Facebook.com
  3. Yandex.ru
  4. Vk.ru
  5. Tap.az
  6. Turbo.az
  7. Ok.ru
  8. Aliexpress.com
  9. Oxu.az
  10. Instagram.com

Növbəti sıralamada nəhayət ki, Azərbaycan saytlarını görmək mümükündür. 13-ci yerdə olan Aliexpress.com saytını isə  isə sürətli çatdırılması və aşağı qiymətləri ilə Azərbaycan alıcısının əvəzedilməz elektron ticarət platforması kimi qiymətləndirmək olar.

  1. Yahoo.com
  2. Big.az
  3. Milli.az
  4. Xnxx.com
  5. Qafqazinfo.com

Növbəti sıralamada xəbər saytları,və musiqi yükləmək üçün istifadə olunan saytları görmək mümkündür.

Qeyd edək ki, Alexa.com bu məlumatları əsasən internet "browser"lərdə yerləşdirdikləri əlavələr vasitəsilə əldə edirlər. Ümid edirik ki, növbəti dövrlərin reytig siyahısında  yerli saytlarımızı ilk 10-luqda görərik

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256