İKT

Chrome-dan fırıldaqçı saytlardakı bütün reklamları əngəlləmək funksiyası
20 NOYABR
157

Chrome-dan fırıldaqçı saytlardakı bütün reklamları əngəlləmək funksiyası

2018-11-20 23:07:00

Fins.az-ın məlumatına görə Google-ın məşhur brauzeri Chrome yeni özəlliklərlə təkmilləşdiriləcək. Brauzerin “71” kodlu versiyasında yer alacaq bir özəllik istifadəçiləri bezdirən saytlardakı reklamların hamısını əngəlləməyə imkan verən bir sıra imkanlar təqdim edəcək. Dekabr ayında istifadəyə verilməsi gözlənilən yeni versiya ilə birlikdə istifadəçiləri narahat edən bütün reklamlar əngəllənəcək. Belə ki, bu proses əsasən “popup” tipli səhifələri əngəlləmə, videoların avtomatik başladılmasına limitlərin qoyulması və istiqamətlindirmələrin bağlanılması hesabına mümkün olacaq. Daha sonrakı mərhələdə isə həmin səhifədəki bütün reklamlar əngəllənəcək.Firma daha əvvəl sayt sahiblərinə təqdim etdiyi xüsusi vasitə ilə reklam və buna bənzər məzmunların bu tip yönləndirmələrinə nəzarət etməyi üçün 30 gün vaxt vermişdi. Tezliklə tətbiq olunacaq bu yeniliyin nə qədər uğurlu olacağı və düzgün işləyib-işləməyəcəyi hələ ki, bilinmir. Lakin avtomatik sistemlərin bəzi hallarda yanıldığını və ya məzmunu düzgün təhlil etmədiyini də nəzərinizə çatdıraq

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255