İKT

Smartfonların çox qızmasının qarşısı bu üsulla alınacaq
20 NOYABR
100

Smartfonların çox qızmasının qarşısı bu üsulla alınacaq

2018-11-20 10:33:00

Fin.az-ın məlumatına görə Amerikalı mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya smartfon və başqa elektron qurğuların çox qızmasının qarşısını alacaq. Stenford Universitetinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası istiliyi yalnız idarə etməyi deyil, həm də onu elektron qurğuların həssas detallarından kənarlaşdırmağı öyrəniblər. Söhbət elektron komponentlərdən çıxan istini kənarlaşdıran və onları zədələnmədən qoruya bilən termik tranzistordan - nanoölçülü çeviricidən gedir. Uzun illər istilik tranzistorlarını hazırlamağa cəhd edilib. Erkən işləmələr təcrübədə istifadə üçün yaramırdı, çox böyük və çox ləng idilər. Stenford Universitetinin mühəndisləri nazik molibden disulfid qatını tətbiq etməklə bu maneələrin öhdəsindən gəliblər. Qalınlığı 10 nanometr olan bu material otaq temperaturunda səmərəlidir və müasir elektronikaya inteqrasiya edilə bilər ki, bu da texnologiyanın təcrübədə reallaşdırılması üçün əsas amildir. Ekspertlər nanomiqyas səviyyəsində istiliyin idarəetməsinə nail olduqlarına görə ruhlanıblar və bildirirlər ki, bu texnologiya 70 il bundan əvvəl təqdim edilmiş ilk elektron tranzistorun ixtirası ilə müqayisə edilə bilər.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255