İKT

MilliNet 2018 münsiflərinin yeni tərkibi təsdiqlənib
19 NOYABR
101

MilliNet 2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

2018-11-19 13:53:00

Fins.az-ın məlumatına görə bu günədək müsabiqəyə 19 nominasiya  üzrə 339 internet resurs təqdim edilib və Müsabiqə  Qaydalarına uyğun olan 248 resurs müsabiqəyə qəbul edilib. 
MilliNet TK müsabiqənin şəffaf və ədalətli  keçirilməsi üçün m
ünsiflərin tərkibi müntəzəm olaraq yenilənir. Bildirilir ki,MilliNet2018-də  yeni seçilmiş 12 münsif  də bu il  internet resursların qiymətləndirilməsində iştirak edəcək. Üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək.Münsiflərə aidiyyatı olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir.
Qaydalara uyğun olaraq qiymətləndirmə  2 mərhələdə həyata keçirilir. 21 noyabr tarixdən 1-ci mərhələ səsvermə prosesi başlayır və noyabrın 30-da saat 00.00-da başa çatacaq.  1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.Nominantlar arasından 2-ci mərhələyə səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-də yekunlaşacaq.Münsiflərin 2 -ci mərhələ səsvermədə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq. Mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki,Milli İnternet Mükafatı - MilliNet 2018 müsabiqəsində internet resursların qeydiyyatı davam edir. Qeydiyyatın başa çatmasına bir gün qalıb.  20 noyabr tarixdə, saat 00.00-da qeydiyyat başa çatacaq. Hazırda qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.

Müəllif:Aynur Qəniyeva


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255