İKT

Mark Sukerberq: “Facebook” şirkəti sosial şəbəkədə onun qaydalarını pozanlara qarşı mübarizə metodu yaradır"
16 NOYABR
75

Mark Sukerberq: “Facebook” şirkəti sosial şəbəkədə onun qaydalarını pozanlara qarşı mübarizə metodu yaradır"

2018-11-16 09:50:00

Fins.az-ın məlumatına görə “Facebook” şirkəti sosial şəbəkədə onun qaydalarını pozanlara qarşı mübarizədə kömək üçün müstəqil orqan yaratmaq niyyətindədir.Bu barədə şirkətin rəhbəri Mark Sukerberq öz səhifəsində bildirib. Müstəqil orqan sosial şəbəkə istifadəçilərinin şikayətlərinə baxacaq, “facebook” qaydalarını pozan yazıları kənarlaşdıracaq. Bildirilir ki, yeni qurum 2019-cu ildə yaradılacaq. Mark Sukerberq qeyd edib ki, bu orqanın məqsədi insanların səs hüququnun və təhlükəsizliyinin təminatı olacaq.Facebook rəhbəri həmçinin əlavə edib ki, sosial şəbəkə layihənin işlənməsi ilkin mərhələsindədir. Müstəqil orqanda kimin təmsil olunacağı hələ məlum deyil.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256