İKT

“WhatsApp”ın Android istifadəçilərinə bəd xəbər
15 NOYABR
519

“WhatsApp”ın Android istifadəçilərinə bəd xəbər

2018-11-15 18:00:00

Fins.az-ın məlumatına görə “WhatsApp”dan milyonlarla istifadəçisinə yeni xəbər var. “WhatsApp” yazılarını özündə saxlayan Google Drive uzun illər bu xidmətdən yararlanmayan istifadəçilərin yazışmasını avtomatik olaraq siləcək. Qeyd edək ki, vaxtilə “WhatsApp”ın Google Drive ilə anlaşması bir çoxları üçün ciddi müzakirə mövzusu olmuşdu. Belə ki, Google Drive yüklənən yazışmalar şifrələnmir. Bu səbəbdən onlar başqalarının əlinə keçə bilər. Məhz buna görə də, istifadəçilər yazışmalarını Google Drive yükləmirlər. Gözlənildiyinə görə, yeni qərar istifadəçilərin narazılığına səbəb olacaq.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256