İKT

"Galaxy S10 Lite "modelinin qiyməti və təqdimat tarixi müəyyən olub
14 NOYABR
217

"Galaxy S10 Lite "modelinin qiyməti və təqdimat tarixi müəyyən olub

2018-11-14 17:38:00

Buraxılışı hazırlanan “Samsung Galaxy Note 10” “Samsung” şirkətinin tarixində ən böyük smartfon ola bilər. Bu barədə sahə üzrə ixtisaslaşan “iGeekPhone” resursu Cənubi Koreya mənbələrinə istinadən məlumat verib.

Fins.az xəbər verir ki, ilkin məlumatlara görə, “DaVinci” kod adlı “Samsung Galaxy Note 10” smartfonu əvvəlki modellərlə müqayisədə daha böyük ekranla təchiz ediləcək. Diaqonalı 6,66 düym təşkil edəcək ekranın ölçüsünün “iPhone XS Max” modelinin displeyindən böyük olacağı gözlənilir.

Eləcə də bax:Köhnə NOKİA telefonunuzu qətiyən tullamayın

Bundan başqa, smartfonun qabaqcıl “Snapdragon 8150” prosessoruna malik olacağı bildirilir. Bu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan çip “Qualcomm” şirkəti tərəfindən, hələ ki, rəsmən təqdim edilməyib. Smartfonun ən ucuz versiyasının qiyməti 1077 dollar səviyyəsində müəyyənləşdiriləcək.

“Samsung Galaxy Note 10” smartfonunun rəsmi təqdimatı 2019-cu ilin payızına planlaşdırılır.

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256