İKT

Mobil reklam üzrə xərclər nə qədərdir?
14 NOYABR
89

Mobil reklam üzrə xərclər nə qədərdir?

2018-11-14 11:39:00

“Adex Benchmark IAB Europe”un məlumatına görə, 2018-ci ilin birinci yarısında Avropada mobil reklamlar üzrə xərclər 10 milyard avronu ötüb. Bu, bölgədəki internet reklam bazarına investisiyanın 40%-ni təşkil edib.

 Bu barədə “Adindex.ru” saytı yazıb.

Avropada rəqəmsal reklam bazarının həcmi adıçəkilən dövrdə ümumilikdə 25,7 milyard avroya çatıb, onun artım həcmi isə 10% olub. Ümumi həcmdən 22,1 milyard avro, təkcə Qərbi Avropa ölkələrinin payına düşüb. Rusiyanı da əhatə edən Mərkəzi və Şərqi Avropada isə gələn xərclər isə 3,6 milyard avroya çatıb. Ekspertlərin proqnozuna görə, cari ilin ikinci yarımilliyində isə Avropada rəqəmsal reklam bazarının həcmi 13% artaraq, 53 milyard avroya yüksələcək. Displey reklam bazarının həcmi 10,2% artaraq 10,4 milyard avroya, axtarış üzrə 12,3% yüksələrək 11,8 milyarda çatacaq. Bundan başqa, videoreklam displeyin bütünlüklə 30%-ni təşkil edib. Birinci yarımillikdə qeyd olunan sahə üzrə artım 27,9% olub.

 Facemark


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256